Ukraynadakı vəziyyət münaqişənin başa çatmasına doğru inkişaf etmir - Rubio
ABŞ Ukraynadakı münaqişəyə son qoymağa və tərəflər arasında razılaşmanın əldə olunmasına çalışır.
Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İslandiyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynadakı vəziyyət münaqişənin başa çatmasına doğru inkişaf etmir.
Rubio qeyd edib ki, Vaşinqton mümkün razılaşmanın əldə olunmasında konstruktiv rol oynamaq istəyir.
Aytəkin TOFİQQIZI













