Tramp amerikalılara “seçki sürprizi” vəd ETDİ

 17:20 06.10.2026     73

ABŞ Prezidenti Donald Tramp ara seçkilərdə amerikalılara "sürpriz" vəd edib. O, bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edərək, seçim kampaniyası çərçivəsində keçirilən mitinqləri yayımlayan televiziya kanallarına təşəkkürünü bildirib.

Redaktor.az xəbər verir ki, Ağ Ev rəhbəri mitinqlərindəki fəallığın və coşğunun inanılmaz səviyyədə olduğunu və əvvəllər belə bir mənzərənin görünmədiyini vurğulayıb. O, Respublikaçıların hər yerdə seçki yarışında üstünlüyü ələ aldığını iddia edib və əlavə edib ki, "saxta xəbər" mediası bunu bilsə də, izləyicilərə doğru məlumat verməkdən imtina edir. Tramp həmçinin Demokratların hadisələrin bu cür inkişafını gözləmədiklərini qeyd edib.

"Aralıq seçki sürprizinə" diqqət yetirin!", - deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, onun mitinqlərini tam şəkildə işıqlandıran televiziya kanalları rekord reytinqlər əldə edir.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının üzvlərinin 3 noyabrda keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu itirməmək üçün xarici siyasət və iqtisadi məsələlərdə ABŞ prezidentindən getdikcə distant saxladıqları bildirilirdi. "Axios"un məlumatına görə, qanunvericilər Amerika liderinin reytinqinin Respublikaçılar üçün kritik bir məqamda aşağı düşməsi səbəbindən ona açıq şəkildə "meydan oxumağa" hazırlaşırlar.

Eyni zamanda, Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həlli ilə bağlı görüşə hazır olduğunu da bəyan edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən