Putinin nüvə xəbərdarlığı NATO-nu geri çəkilməyə vadar etdi?

 21:41 06.10.2026     117

NATO-nun Kalininqradla bağlı təhdidləri Rusiya Prezidenti Vladimir Putinin anklavı qorumaq üçün istənilən silahdan istifadə edilə biləcəyi barədə açıqlamasından sonra səngiyib.

Redaktor.az xəbər verir ki, bunu istefada olan ABŞ dəniz piyadaları kəşfiyyat zabiti Skott Ritter “Substack” portalında yayımlanan məqaləsində bildirib.

Ritterin sözlərinə görə, Putinin nüvə silahından istifadə ehtimalını da ehtiva edən xəbərdarlığı NATO-nun bəzi tərəfdarlarının Kalininqradla bağlı planlarına təsir edib.

“Bu nüvə gücü nümayişi NATO-nun ən qızğın tərəfdarlarından bəzilərinin həvəsini soyutdu. Onlar asan qənimət hesab etdikləri hədəfi ələ keçirməyə ümid edirdilər”, - deyə Ritter qeyd edib.

O bildirib ki, Putinin açıqlamasından sonra Kalininqrada qarşı hər hansı təcavüzün ayrıca hadisə kimi deyil, “ekzistensial qarşıdurma” kimi qiymətləndiriləcəyi aydın olub. Ritterin fikrincə, Qərb elitalarının bunu dərk etməsi regionla bağlı hərbi ritorikanın səngiməsinə səbəb olub.

Qeyd edək ki, Vladimir Putin oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Kalininqrada hücum olacağı təqdirdə Rusiyanın bütün silah arsenalından istifadə edəcəyini bildirib. O, vəziyyətin gərginləşəcəyi halda belə cavabın qaçılmaz ola biləcəyini istisna etməyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən