Ukrayna Aİ üzvlüyü üçün taxıl ixracına məhdudiyyətsiz çıxış tələb EDİR

 22:29 06.10.2026     103

Ukrayna Avropa İttifaqına (Aİ) üzvlüyünü ölkənin taxıl məhsullarını Avropa bazarına tam şəkildə ixrac edə bilməsi şərti ilə mümkün hesab edir.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotski “Politico” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Kiyev müəyyən ərzaq məhsullarının Aİ ölkələrinə satışına daimi məhdudiyyətlər qoyulan üzvlük modelini qəbul etməyəcək.

“Bizim üçün keçid dövrü ilə daimi məhdudiyyət arasında prinsipial fərq var. Ukrayna birincisinə hazırdır. İkincisi isə Avropa İttifaqının tamhüquqlu üzvlüyünün məntiqinə zidd olardı”, - deyə Vısotski bildirib.

Onun sözlərinə görə, Ukrayna Aİ-nin üçüncü ölkələrdən idxaldan asılılığının azaldılmasına töhfə verə və Avropalı istehsalçıların Qara dəniz üzərindən ixrac marşrutlarına daha yaxşı çıxışını təmin edə bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən