Qeyri-adi yubiley: 80 yaşını öz dəfn mərasimi ilə qeyd etdi
ABŞ sakini 80 illik yubileyini öz dəfn mərasimi ilə qeyd edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Şelvi Nil 80 yaşını qeyd etmək üçün sağlığında öz dəfn mərasimini təşkil etmək istəyib.
Qızının razılığından sonra Nil üçün xüsusi tədbir təşkil olunub.
Mərasim həm Nilin 80 illik yubileyi, həm də onun həyatının qeyd olunması məqsədi daşıyıb. Qonaqlara açıq mikrofon təqdim olunub və mərasimdən sonra ziyafət təşkil edilib.
Nil bildirib ki, tədbir onun inancına və 80 illik həyatına həsr olunub. O, vəfat etdikdən sonra isə ənənəvi dəfn mərasimi əvəzinə yalnız qəbiristanlıq mərasiminin keçirilməsini istəyir.
Aytəkin TOFİQQIZI













