Ayı ilə suyun içində döyüşdü: Həyatını belə xilas etdi
Rusiyada balıqçı ayının hücumundan sağ çıxıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Primorsk diyarının Çuquyevski rayonunda baş verib.
65 yaşlı kişi balıq tutmaq üçün meşəlik əraziyə gedib və özü ilə itini də aparıb. Balıqçı arxadan gələn səsi eşidib dönərkən dişi ayının hücumuna məruz qalıb. Heyvanla mübarizə suyun içində baş verib.
Balıqçı ayıya balıq çubuğu və yumruqları ilə müqavimət göstərməyə çalışıb. Qarşıdurma zamanı kişi üzündən, sinəsindən və qollarından çoxsaylı xəsarətlər alaraq huşunu itirib. Ayı isə bir müddət sonra ərazidən uzaqlaşıb.
Kişi özünə gəldikdən sonra təxminən 500 metr piyada gedərək avtomobilinə çatıb və özü evə qayıdıb. Çoxlu qan itirən balıqçı daha sonra xəstəxanaya çatdırılıb və yaralarına çoxsaylı tikişlər qoyulub.
Aytəkin TOFİQQIZI













