Kiyev Aİ-də tamhüquqlu üzvlük tələb EDİR

 20:58 07.10.2026     164

Ukrayna Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük tələb edir və bu statusun alternativlərini qəbul etməyəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy brifinq zamanı deyib.

O bildirib ki, Kiyev Aİ-yə tamhüquqlu üzvlüyü əvəz edə biləcək heç bir variantla razılaşmayacaq.

“Xahiş edirəm, ‘üzvlük’ sözünə əlavə sifətlər gətirməyin, hansısa hibrid variantlar, Avropa İttifaqında yarımçıq üzvlük təklif etməyin”, - deyə Tixiy bildirib.

Qeyd edək ki, Ukraynaya Aİ üzvlüyünə alternativ olaraq ittifaq daxilində xüsusi status verilməsi təklif olunur. Almaniya kansleri Fridrix Merts may ayında Kiyevə keçid mərhələsi kimi “assosiativ üzv” statusunun verilməsini təklif etmişdi. Bu halda Ukrayna rəsmilərinin Aİ sammitlərində iştirak etməsi, lakin səsvermə hüququna malik olmaması nəzərdə tutulurdu.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl ölkənin Aİ-də “simvolik” və ya qismən üzvlüyü ideyasını rədd edib. O, Ukraynanın Avropanı real şəkildə müdafiə etdiyini bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən