Bolqarıstan beş hava hücumundan müdafiə sistemi ALACAQ

 22:02 07.10.2026     74

Bolqarıstan hökuməti müdafiə nazirliyinin daha beş zenit-raket kompleksi (ZRK) alınması ilə bağlı təklifini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində IRIS-T SLM hava hücumundan müdafiə sistemlərinin, onlar üçün idarə olunan zenit raketlərinin və əlavə avadanlıqların alınması nəzərdə tutulur. Məqsəd Bolqarıstan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə imkanlarını gücləndirməkdir.

Məlumata görə, yenilənmiş layihə Bolqarıstan Müdafiə Nazirliyi ilə Almaniya arasında proqram sazişinin, həmçinin “Diehl Defence” şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqaviləyə əlavənin imzalanması yolu ilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 1,1 milyard avrodan çox qiymətləndirilir. Maliyyənin Avropa İttifaqının SAFE hərbiləşdirmə proqramı çərçivəsində ayrılması planlaşdırılır.

Hökumətin qərarının qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiqlənməsi tələb olunur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən