Tramp Putinlə telefon danışacağını AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının hazırlandığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Telefon danışığım hazırlanıb. Bu gün onun doğum günüdür. Bu gün Vladimir Putinin doğum günüdür”, - deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl İrkutskdakı taun əleyhinə institutun əməkdaşının pnevmoniyadan ölümünün araşdırılması ilə bağlı Putinlə telefon danışacağını açıqlamışdı. O, Vaşinqtonun Rusiyanın sözügedən bölgəsindəki vəziyyəti diqqətlə izlədiyini vurğulamışdı.
Lakin Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında belə bir telefon danışığının hələ Rusiya və ABŞ arasında konkret şəkildə razılaşdırılmadığını deyib.
Peskov bildirib ki, ABŞ tərəfdən belə bir sorğu daxil olacağı təqdirdə, zərurət yaranarsa, telefon danışığı operativ şəkildə razılaşdırıla bilər.
Xədicə BAXIŞLI













