Vuçiç seçki videosunda üzərinə “xain”, “avtokrat” yazılmış köynək GEYİNDİ
Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç seçki kampaniyası çərçivəsində yayımladığı videoda üzərinə müxtəlif təhqiramiz ifadələr yazılmış köynəklə görüntülənib.
Redaktor.az xəbər verir ki, siyasətçi sosial şəbəkə hesabında paylaşdığı videoda tünd rəngli köynəyinin üzərinə “xain”, “avtokrat”, “dəli” və digər ifadələrin yazıldığı plastırlar yapışdırıldığını göstərib.
Vuçiç bildirib ki, illərdir təhqir, yalan və təhdidlərlə üzləşir.
“Bəzi sözlər yaralayır, bəziləri isə iz buraxır. Amma onlar bizi dayandıra bilmədi. Əksinə, bizi daha çox işləməyə öyrətdilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-də Aleksandar Vuçiç Serbiya Prezidenti vəzifəsindən istefa verəcəyini açıqlayıb və bununla bağlı ərizə imzalayıb. O, vətəndaşlara dəstəklərinə görə təşəkkür edib və vəzifədən ayrıldıqdan sonra adi vətəndaş kimi yaşayacağını bildirib.
Vuçiç qanunvericiliyə əsasən seçki kampaniyası başlayana qədər prezident postunu tərk etməyə məcbur olmadığını, bunun şəxsi qərarı olduğunu vurğulayıb.
Xədicə BAXIŞLI













