İstanbulda 7 mərtəbəli bina çökdü - 2 ölü - FOTO - YENİLƏNİB
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 2-yə çatıb.
***
İstanbulda binanın çökməsi nəticəsində bir nəfər ölüb.
Redaktor.az xəbər verir ki, 3 nəfərin axtarışı həyata keçirilir.
Ümumilikdə dağıntılar altında qalan 10 nəfər xilas edilib.
***
İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.
***
İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.
Redaktor.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.

















