“"Tramp marşrutu" regional əməkdaşlıq baxımından faydalıdır” - Gürcüstan XİN rəhbəri
"Gürcüstan regioda çox vacib oyunçudur. Coğrafi və siyasi reallıqları nəzərə almaqla, Gürcüstanın həmçinin "Tramp marşrutu" layihəsi kontekstində də əhəmiyyətli rolunu vurğulamamaq mümkün deyil".
Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanılının "İmedi Live" proqramında deyib.
Nazir Gürcüstanın bölgədə əlaqələndirmə baxımından həlledici rola malik olduğunu qeyd edib.
"Gələcəkdə marşrutların necə inkişaf etməsindən və hansı ölkələrdən keçməsindən asılı olmayaraq, bu, Gücüstan üçün mühüm əhəmiyyətə malikdir və regional əməkdaşlıq baxımından faydalıdır", - deyə XİN başçısı bildirib.
Maka Boçorişvili Gürcüstanın strateji mövqeyə malik olduğunu, xüsusilə də Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxış imkanının bu baxımdan mühüm rol oynadığını qeyd edib.
"Gürcüstanın dənizə çıxışı təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün də əhəmiyyətlidir və bu, ölkənin regional nəqliyyat və kommunikasiya marşrutlarının inkişafındakı rolunu daha da gücləndirir", - deyə nazir əlavə edib.













