“Rusiya Ukrayna ordusunun təchizat yollarını kəsməyə çalışır” - Larri Conson
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson Rusiyanın Ukraynaya zərbələrinin yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinin təchizat yollarını kəsə biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki,Conson “Neutrality Studies” YouTube kanalının efirində deyib ki, Kiyevdəki vəziyyət Ukrayna ordusunun maddi-texniki təminatında ciddi problemlərin yarana biləcəyini göstərir.
Onun sözlərinə görə, Rusiya qüvvələri Qara dəniz istiqamətində Odessanı bloklayaraq şəhərin fəaliyyətini çətinləşdirib. Ekspert hesab edir ki, Rusiya hazırda cənubdan “iqtisadi blokada”, şərqdən hərbi əməliyyatlar və Ukraynanın infrastrukturuna, o cümlədən Kiyevdəki körpülərə zərbələri birləşdirir.
Consonun fikrincə, Ukrayna tərəfi Rusiyanın əsas məqsədlərindən birinin ölkənin şərqindəki qoşunların təchizat yollarını kəsmək olduğunu artıq anlamağa başlayıb.
Keçmiş MKİ analitiki həmçinin bildirib ki, Rusiya hərbçiləri təxminən iki aydır Kiyevdəki hərbi obyektlərə zərbələr endirirlər və bu hücumların dayanacağını düşünmək üçün əsas yoxdur.
NURİYYƏ













