Yüngülmotorlu təyyarə qəzaya uğrayıb - 2 ölü
ABŞ-nin Kaliforniya ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Hadisə Petaluma şəhərinin bələdiyyə hava limanının yaxınlığında baş verib. Məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra hava limanının yaxınlığındakı qolf meydançasına düşüb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisəni təsdiqləyib. Bildirilib ki, qəza “RV-7A” tipli yüngülmotorlu təyyarə ilə baş verib və onun göyərtəsində iki nəfər olub.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. Qəzanın səbəbləri araşdırılır.
NURİYYƏ













