Ermənistan parlamentində dava - Spiker günahlandırıldı

 12:56 08.10.2026     122

Ermənistan parlamentinn iclas zalında baş verən davaya görə bütün məsuliyyəti spiker Ruben Rubinyan daşıyır.

Redaktor.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Levon Köçəryan parlamentdə keçirilən brifinqdə bildirib.

Məlumata görə, insident spiker Ruben Rubinyanın dövlət vəsaitlərini mənimsəməkdə ittiham etdiyi "Güclü Ermənistan" partiyasından olan deputat Edqar Qazaryanın sözünü kəsməsindən sonra baş verib. Rubinyan Qazaryanın gündəmdən kənara çıxdığını iddia edərək onun çıxışını tamamlamağa imkan verməyib.

Bundan sonra hakim partiyadan olan deputat Vahe Qalumyan ayağa qalxaraq müxalifətçilərə tərəf irəliləyib. O, müxalifət üzvü Vaqinak Vartanovu bir neçə dəfə itələyib ki, bu da deputatlar arasında əlbəyaxa davaya səbəb olub. Spiker Rubinyan təcili fasilə elan etməyə məcbur olub və təhlükəsizlik əməkdaşları tərəfləri ayırıblar. Mübahisə parlament dəhlizində davam etsə də, fiziki zorakılıq qeydə alınmayıb.

“Bu cür hadisələrin baş verməsi yaxşı hal deyil, amma parlament spikeri bunlara görə birbaşa məsuliyyət daşıyır. O, iclasları oxşar insidentlərin qarşısını alacaq şəkildə idarə etməyə borcludur”, - deyə Köçəryan vurğulayıb.

Millət vəkili həmçinin insident zamanı "Güclü Ermənistan" fraksiyası üzvlərinin köməkçilərinin sessiya zalına daxil olmağa cəhd etməsi ilə bağlı iddialara da münasibət bildirib. O, bunu emosional gərginliklə əlaqələndirərək, müxalifət deputatlarının daha arzuolunmaz hadisələrin qarşısını almağa çalışdıqlarını qeyd edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən