İran hərbçilərini daşıyan mikroavtobusa hücum: Ölən və yaralananlar var
İranın Sistan-Bəlucistan əyalətində hərbçiləri daşıyan mikroavtobusa hücum nəticəsində bir əsgər həlak olub, üçü yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
İranın quru qüvvələrinin şəxsi heyətini daşıyan mikroavtobusa hücum Nikşəhr şəhəri yaxınlığında baş verib. Qeyd olunub ki, təhlükəsizlik qüvvələri hücumu törədənləri yaxalamaq üçün əməliyyat keçirir.













