Paşinyan Türkmənistan Prezidenti ilə görüşdü - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana iki günlük işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Serdar Berdiməhəmmədovla görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir özünün "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Başçıları Şurasının növbəti iclasında iştirak edir.
Aminə ŞAHSUVARQIZI













