Almaniyanın Ukraynaya ayırdığı yardımın yarısından azı birbaşa Kiyevə ÇATDI
Almaniyanın Ukraynaya ayırdığı maliyyə yardımının yarısından az hissəsi birbaşa Kiyevə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən “Gazeta.ru” yazıb.
Məlumata görə, Berlinin Ukraynaya təxminən 100 milyard avro ayırması nəzərdə tutulur. Bu vəsaitin 43,3 milyard avroluq hissəsinin hərbi təchizat üçün nəzərdə tutulmadığı bildirilir.
Almaniya hökuməti bu istiqamətdə təxminən 35,9 milyard avro xərcləyib. Bunun 27,45 milyard avrosu Almaniyada yaşayan ukraynalı qaçqınlara ödənişlərə, 7,15 milyard avrosu isə federal torpaqlara və bələdiyyələrə ukraynalıların yerləşdirilməsi və dəstəklənməsinə yönəldilib. Daha 1,3 milyard avro Almaniyada fəaliyyət göstərən şirkətlərə verilən zəmanətlərə ayrılıb.
Bu yardım paketindən birbaşa Ukraynaya təxminən 7,4 milyard avro çatıb.
2022–2025-ci illərdə Almaniyanın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 22,7 milyard avro təşkil edib. Berlin 2026-cı ildə Kiyevə əlavə olaraq 11,6 milyard avro göndərməyi planlaşdırır.
NURİYYƏ













