Paşinyan Berdiməhəmmədovla görüşdə nələri müzakirə ETDİ?
Ermənistan Türkmənistanla həm siyasi, həm də ticarət-iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla görüşündə bildirib.
Redaktor.az xəbər verir ki, Ermənistan hökumət başçısının mətbuat xidmətinin məlumatına görə, ikitərəfli görüş Türkmənbaşı şəhərində baş tutub.
Türkmənistan Prezidenti Ermənistan Baş nazirinin səfərini məmnunluqla qarşılayıb və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Söhbət əsnasında tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran əsas məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Paşinyan göstərilən səmimi qonaqpərvərliyə görə Berdiməhəmmədova təşəkkürünü bildirib.
Qeyd edək ki, iki günlük işgüzar səfərdə olan Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir.
Aminə ŞAHSUVARQIZI













