Türkiyə başqa ölkənin ərazisinə hərbi qüvvə göndərəcək? - Fidan AÇIQLADI

 16:35 08.10.2026     65

Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın baş nazirinin müavini və xarici işlər naziri Anita Orbánla Ankarada görüşüb. Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Redaktor.az xəbər verir ki, Hakan Fidan mətbuat konfransı zamanı Məkkə sazişinin sırf müdafiə xarakteri daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, sənədə əsasən, sazişə qoşulan ölkələrdən biri hücuma məruz qalarsa, digər tərəflər onun müdafiəsində yanında olmağa borcludur.

“Türkiyə başqa bir ölkənin ərazisinə hərbi qüvvə göndərib orada hücum həyata keçirməyəcək”, - deyə Fidan bildirib və sazişin heç bir hücum məqsədi daşımadığını xüsusi qeyd edib.

Türkiyənin xarici işlər naziri sazişin parlamentə göndərilməsi üçün zəruri prosedurların yekunlaşdığını, məsələ ilə bağlı yekun məruzəni bir gün əvvəl Prezidentə təqdim etdiklərini diqqətə çatdırıb. Fidan sənədin ən qısa müddətdə parlamentə təqdim olunması istiqamətində qərar qəbul edildiyini əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən