Rusiya ilə İran arasında ticarət dövriyyəsi 21 faizdən çox artıb - Putin
Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına əsasən 21 faizdən çox artıb.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda İran Prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.
Onun sözlərinə görə, bu müsbət dinamika cari ilin ilk yeddi ayında da davam edib. Putin Rusiya-İran münasibətlərinin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Putin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Xədicə BAXŞILI













