Tramp İlon Maskı ABŞ-nin milli sərvəti ADLANDIRDI
ABŞ Prezidenti Donald Tramp sahibkar İlon Maskı elmə verdiyi töhfələrə görə ölkənin “milli sərvəti” adlandırıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə SpaceX şirkətinin qurucusuna elmi sahədə nailiyyətlərə görə ABŞ-nin ən yüksək dövlət mükafatı olan elm medalı təqdim edilən mərasimdə bildirib.
“Biz sizinlə fəxr edirik, çox fəxr edirik. Siz milli sərvətsiniz”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Maskı “müasir Tomas Edison” və sənaye nəhəngi adlandırıb. O, SpaceX-in insanları kosmosa göndərilməsi sahəsində NASA-nı xarici asılılıqdan xilas etdiyini qeyd edib.
Qeyd edək ki, oktyabrın 5-də İlon Mask yenidən trilyoner statusunu qazanıb. Onun sərvəti şirkətlərinin səhmlərinin bahalaşması fonunda 1 trilyon dolları ötüb.
Xədicə BAXŞILI













