Paşinyan Pezeşkianla görüşdü - FOTO

 10:25 09.10.2026     51

Türkmənistanda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, həmsöhbətlər intensiv yüksək səviyyəli ikitərəfli əlaqələrin vacibliyini vurğulayıblar.

Onlar bu təmasların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə mühüm töhfə verdiyini məmnuniyyətlə qeyd ediblər.

Baş nazir iki ölkənin zəngin əməkdaşlıq gündəliyinə malik olduğunu və İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə ediblər. Həmçinin qarşıdakı dövrdə planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Nikol Paşinyan və Məsud Pezeşkian görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən