Putin və Tramp arasında telefon danışığı GÖZLƏNİLİR
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığı baş tutacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
RIA Novosti agentliyinin məlumatına görə, jurnalistlər Putinlə Tramp arasında telefon danışığının nə vaxt baş tutacağı ilə bağlı sual ünvanlayıblar. Peskov suala qısa şəkildə “Tezliklə” cavabını verib.
Danışığın gündəliyi və dəqiq vaxtı barədə əlavə məlumat açıqlanmayıb.
NURİYYƏ













