Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

 18:10 09.10.2026     62

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, görüşlərdə münaqişədə davam edən dalana son qoymağa kömək edəcək hərtərəfli yeni sülh planı müzakirə olunacaq.

“Danışıqlar müharibəyə son qoymağa çalışmaq məqsədilə münaqişənin bütün aspektlərini əhatə edən vahid yeni təklif üzərində cəmləşəcək”, – rəsmi şəxs vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən