Ukrayna münaqişəsi digər ölkələrin təhlükəsizliyinə və iqtisadiyyatına təsir edir - Pezeşkian
Ukrayna ərazisində davam edən münaqişənin təsirləri yalnız regionla məhdudlaşmır, digər ölkələrin təhlükəsizliyinə, nəqliyyat əlaqələrinə və enerji bazarına da təsir göstərir.
Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian MDB sammiti çərçivəsində çıxışı zamanı bildirib.
İran Prezidentinin rəsmi saytında yayımlanan məlumata görə, Pezeşkian son illərdə dünyada və regionda baş verən böhranların nəticələrinin yalnız bir ölkənin sərhədləri daxilində qalmadığını vurğulayıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin regiondan kənara da yayılan təsirləri təhlükəsizlik, nəqliyyat və xüsusilə enerji bazarında özünü göstərir.
Pezeşkian qeyd edib ki, Ukrayna ətrafındakı hadisələr dünyanın bir hissəsində yaranan problemlərin digər bölgələrdəki vəziyyətə də təsir edə biləcəyini nümayiş etdirir.
NURİYYƏ













