Rusiya ordusu Zaporojyeni bombaladı: 1 ölü, 19 yaralı
Zaporojye şəhərinə Rusiyanın idarəolunan aviasiya bombaları ilə hücumu nəticəsində bir nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Mixailo Semikinə istinadən məlumat yayıb.
Semikin bildirib ki, səhər saatlarında şəhər ərazisinə altı idarəolunan aviasiya bombası endirilib. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var.
Onun sözlərinə görə, zərərçəkənlərə təcili tibbi yardım göstərilib. Hazırda iki qadın və bir kişi orta ağır vəziyyətdə həkim nəzarətində saxlanılır.
Hücum nəticəsində çoxmərtəbəli yaşayış binası qismən dağılıb, daha 20 mənzilə ziyan dəyib. Şəhərin Uşaq və Gənclər Yaradıcılıq Sarayının binası da zərbədən zərər çəkib.
Bundan əlavə, FPV-dronun marşrut taksisinə hücumu nəticəsində daha üç nəfər yaralanıb.













