ABŞ Rusiya dizelinə tətbiq olunan sanksiyaları 6 ay müddətinə dayandırdı
ABŞ Rusiya mənşəli dizel yanacağının satışı və idxalı ilə bağlı məhdudiyyətləri 2027-ci il aprelin 7-dək yumşaldıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) müvafiq lisenziyasında qeyd olunub.
Sənədə əsasən, Şimali Amerikanın şərq yay vaxtı ilə 2027-ci il aprelin 7-si saat 00:01-dək Rusiya mənşəli dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara icazə verilir. Bu qərar çərçivəsində yanacağın ABŞ-yə idxalı da mümkün olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-yə böyük həcmdə dizel yanacağının tədarükü barədə razılıq əldə olunduğunu açıqlayıb.
“Rusiya ABŞ və dünya bazarlarına dərhal 300 min tondan çox dizel yanacağı tədarük edəcək”, – deyə Tramp bildirib.
Xədicə BAXŞILI













