“Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmaq istəyənlər məqsədlərinə çatmayacaq” - AK Partiyanın sədr müavini

 12:25 10.10.2026     134

AK Partiyanın sədr müavini Kürşad Zorlu Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmağa yönələn heç bir təxribatın məqsədinə çata bilməyəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Zorlu qarşılıqlı tənqidin mümkün olduğunu, lakin iki ölkəni birləşdirən böyük amalın hər şeydən üstün tutulmalı olduğunu vurğulayıb.

“Biz bir-birimizi tənqid edə, çatışmazlıqlarımızı dilə gətirə bilərik. Dövlət qurumlarımız da bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edirlər. Bizi bir araya gətirən bu böyük amal hər şeydən üstün olmalıdır”, – deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən