Ermənistanda hərbçi odlu silah yarasından ÖLDÜ
Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb.
Redaktor.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.













