Dənizin dibində iki min illik üzük TAPILDI
Misirdə sualtı arxeoloji qazıntılar aparan mütəxəssislər Aralıq dənizinin dibində, qədim İsgəndəriyyə şəhərinin xarabalıqları arasında təxminən iki min il əvvələ aid bürünc möhür üzüyü aşkar ediblər.
Redaktor.az xəbər verir ki, zərgərlik əşyasının üzərində Qədim Dünyanın Yeddi Möcüzəsindən biri hesab olunan İsgəndəriyyə Mayakının təsvir edildiyi güman edilir.
Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Hişam Əl-Liti tapıntını müstəsna hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, arxeoloqlar indiyədək üzərində qədim mayak təsviri olan möhür üzüyü aşkar etməyiblər.
Tapıntı qədim İsgəndəriyyənin tarixi və mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.













