Kobaxidze yanacağın qiymətinin artmasından DANIŞDI

 21:21 10.10.2026     67

"Yanacağın qiymətində artım təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində baş verir. Qiymət artımı əsasən Yaxın Şərqdə və dünyada gedən proseslər, xüsusən də müharibələrlə əlaqədardır".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, yanacağın, xüsusən də dizel yanacağının qiymətinin düşəcəyi gözlənilir.

"Əgər bu baş verməsə, hökumət qiymət artımının qarşısını almaq barədə düşünə bilər", - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Gürcüstanda son bir ildə benzinin qiyməti 30 faizdən çox, dizel yanacağının qiyməti isə 55 faizdən çox artıb.

Vumart və Güvən reklamı Vumart Güvən