Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə etdilər
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.
Redaktor.az xəbər verir ki, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.
Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.
İsrail ordusunun İrana müstəqil hücum, ABŞ ilə birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.
İsrail tərəfi ABŞ-nin gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.
Qeyd edək ki, bunlar İsrail mediasının və adı açıqlanmayan rəsmilərin iddialarıdır.
Vaşinqton və Təl-Əviv mümkün hücumla bağlı yekun qərarın qəbul edildiyini təsdiqləməyib.













