Nyu-York hava limanında gömrük-sərhəd sistemində nasazlıq YARANDI

 10:01 11.10.2026     96

Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin elektron sistemində yaranan nasazlıq xaricdən gələn sərnişinlərin yoxlanılmasında gecikmələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə hava limanının administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, sistemdəki nasazlıq hazırda JFK hava limanına beynəlxalq reyslərlə gələn sərnişinlərin yoxlanılmasına təsir göstərir. Sərnişinlərdən daha uzun gözləmə müddətinə hazır olmaları xahiş olunub.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti yaranmış problemin aradan qaldırılması üzərində işləyir. Nasazlığın səbəbi hələ açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən