Türkiyədə sərnişin avtobusu ilə TIR toqquşdu: 11 ölü, 26 yaralı
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunda qeydə alınıb.
Sərnişin avtobusu ilə TIR-ın toqquşması nəticəsində ölən və yaralananların olduğu barədə məlumat daxil olduqdan sonra hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, yanğınsöndürən və polis əməkdaşı cəlb olunub.
İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.













