Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu

 14:30 11.10.2026     78

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky News” Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.

Hadisənin başvermə səbəbi və şəraiti ilə bağlı əlavə təfərrüatlar hələlik dəqiqləşdirilir.

UKMTO-nun məlumatına görə, tanker boğazdan çıxarkən sol bortundan vurulub və gəmidə yanğın baş verib.

Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Gəmiyə dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədən keçən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən