İsrail səmasında sirli obyekt: heç bir izi tapılmır

 18:40 11.10.2026     73

Naməlum obyekt İsrailin şimal sərhədlərində hava məkanına daxil olub.

Redaktor.az bildirir ki, aşkarlama sistemləri şübhəli uçuş aparatının hərəkətini müəyyən ediblər.

İsrailin şimal sərhədləri boyunca hərəkət edən və hava hücumu xəbərdarlığı sirenlərinin təcili işə salınmasına səbəb olan naməlum obyektin görüntüləri ötən gün yayılıb. Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.

İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Şimal Komandanlığının bölmələrinin iştirakı ilə saatlarla davam edən genişmiqyaslı axtarış tədbirləri indiyədək heç bir nəticə verməyib. Ərazidə naməlum obyektə aid hər hansı maddi sübut və ya qalıq aşkar edilməyib.

Aparatın ümumiyyətlə tapılmaması ehtimalı da istisna edilmir.

Vumart və Güvən reklamı Vumart Güvən