Polşada Baş nazirə qarşı hücum planlaşdıran şəxs saxlanıldı
Polşada Baş nazir Donald Tuska qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski “X” hesabında paylaşım edib.
O, şübhəlinin Tusku təhdid etdiyini və ona qarşı hücum planlaşdırdığını bildirib.
Polşanın Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçkanın sözlərinə görə, Baş nazir və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün hücumla bağlı məlumat Dövlət Mühafizə Xidməti tərəfindən polisə ötürülüb.













