Onunla şəkil çəkdirmək istəyən şəxsi öldürən “Altay”la bağlı QƏRAR

 22:30 11.10.2026     136

İngiltərədə vəhşi təbiət parkında bir ziyarətçinin ölümünə səbəb olan Sibir pələngi barədə qərar verilib.

Redaktor.az-ın xəbərinə görə, hadisə Donkaster şəhəri yaxınlığındakı Yorkşir Vəhşi Təbiət Parkında qeydə alınıb.

Ziyarətçilərdən biri təhlükəsizlik baryerini keçərək beş yaşlı “Altay” adlı pələngin saxlanıldığı əraziyə daxil olub. Heyvanın hücumu nəticəsində kişi həyatını itirib.

Məlumata görə, ziyarətçi pələnglə şəkil çəkdirmək məqsədilə təhlükəsizlik baryerini keçib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra park boşaldılıb, polis araşdırmaya başlayıb.

Park rəhbərliyi “Altay”ın sağlam olduğunu və öldürülməyəcəyini açıqlayıb. Hadisənin başvermə şəraiti araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən