Ukrayna XİN rəhbəri Putinlə Zelenskinin görüşünü İSTƏYİR
Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş sülh danışıqlarına yeni dinamika qazandıra bilər. Ukrayna tərəfi belə bir görüşün mümkün qədər tez keçirilməsinin tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukrayna” nəşrinə müsahibəsində bildirib.
Moskva, Kiyev və Vaşinqton arasında üçtərəfli görüşün keçirilməsi ehtimalını şərh edən nazir Ukraynanın sülhə nail olmaq üçün istənilən fürsətdən istifadə edəcəyini vurğulayıb.
Sibiqanın sözlərinə görə, sülh təşəbbüslərində yeni mərhələyə keçid baxımından ən təsirli addım Putinlə Zelenskinin birbaşa görüşü ola bilər.
O, görüşün ABŞ Prezidenti Donald Trampın iştirakı ilə və ya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə keçirilə biləcəyini də istisna etməyib.
NURİYYƏ













