Tramp və Zelenski arasında GƏRGİNLİK
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumlarını dayandırmasını istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, Tramp Zelenskinin ABŞ-nin dəstəyini adi hal kimi qəbul etdiyini düşünür və bundan narazıdır.
Məlumata görə, oktyabrın 9-da ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı sanksiyaların aradan qaldırılması barədə razılaşmadan sonra Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının dayandırılmasına diqqət yetirir. ABŞ Prezidenti iddia edir ki, bu hücumlar ölkəsində yanacağın qiymətinin artmasına səbəb olur.
Aytəkin TOFİQQIZI













