Xarkovda yaşayış binasına dron hücumu: 11 yaralı

 11:07 12.10.2026     64

Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına dron hücumu nəticəsində 11 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kiyev rayonunda yerləşən binanın bir girişində 7-ci, 8-ci və 9-cu mərtəbələr dağılıb. Hadisə yerində yanğın baş verib, axtarış-xilasetmə işləri davam etdirilir.

Xarkov meri İqor Terexov şəhərin Kiyev rayonunda daha bir neçə zərbənin qeydə alındığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən