Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR
Oktyabrın 12-si və 13-də Günəşdə güclü alışmaların baş verə biləcəyi proqnozlaşdırılır. Alimlərin məlumatına görə, bu hadisələr ən yüksək güc sinfi hesab olunan X sinfinə çata bilər.
Redaktor.az xəbər verir ki, bu barədə TASS Rusiya Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
İnstitutun açıqlamasında bildirilib ki, oktyabrın 12-si və 13-də Günəşdə alışma aktivliyi orta səviyyədən yüksək səviyyəyədək dəyişə bilər. Bu müddətdə X sinfinə aid güclü alışmaların baş verməsi istisna edilmir.
Qeyd edək ki, oktyabrın 10-da alimlər Günəşdə M sinfinə aid alışma qeydə alıblar. Oktyabrın 9-da isə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Yerə doğru üç Günəş plazması buludunun hərəkət etdiyini açıqlayıb. Onların maqnit qasırğalarına və qütb parıltılarına səbəb ola biləcəyi bildirilib.
NURİYYƏ













