400 kiloqramlıq timsah tutuldu: Daha böyüyü axtarılır
Malayziyada timsah ovçusu Rajang çayında 400 kiloqram ağırlığında nəhəng timsah tutub.
Redaktor.az xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
Məlumata görə, uzunluğu 4,8 metr olan erkək timsah oktyabrın 7-də sudan çıxarılıb. Daha sonra o, vəhşi təbiəti mühafizə mərkəzinə aparılıb.
Yerli sakinlər son vaxtlar timsahların yaşayış məntəqələrinin yaxınlığında tez-tez göründüyünü bildiriblər. Bununla əlaqədar hakimiyyət orqanları insanları ehtiyatlı olmağa çağırıb.
Bundan əlavə, çayda çəkisinin 500 kiloqrama çata biləcəyi ehtimal edilən daha böyük timsahın olduğu bildirilir. Onun yerini hələlik müəyyən etmək mümkün olmayıb. Təhlükəli heyvanın tutulması üçün əməliyyat davam edir.
Rəsmilər ərazidə suya yaxınlaşmağın təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.
Aytəkin TOFİQQIZI













