Niderlandın müdafiə naziri “tarixin ən axmaq naziri” ADLANDIRILDI
Niderland parlamentinin ifrat sağçı “Demokratiya Forumu” (FvD) partiyasından olan deputatı Pepayn van Hauvelingen ölkənin müdafiə naziri Dilan Yeşilgez-Zegeriusu sərt tənqid edib.
Redaktor.az xəbər verir ki, siyasətçi “X” sosial şəbəkəsində paylaşım edərək nazirin Niderland tarixindəki ən axmaq müdafiə naziri olduğunu iddia edib.
Deputat bu fikri Dilan Yeşilgez-Zegeriusun NATO təbliğatının mövcud olmadığını bildirməsinə münasibət olaraq səsləndirib.
Bundan əvvəl Niderlandın müdafiə naziri ölkənin müdafiə büdcəsinin müzakirəsi zamanı Rusiyanın artıq “təcavüzkar” deyil, Niderlandın “düşməni” olduğunu söyləyib.
Rusiyanın Amsterdamdakı səfirliyi bu açıqlamanı şərh edərək, nazirin belə ifadələrlə Rusiya ilə silahlı qarşıdurmaya can atdığını nümayiş etdirdiyini bildirib. Diplomatik nümayəndəlik vurğulayıb ki, Rusiya nə Niderlandla, nə də Avropa ilə münaqişə istəyir.
Səfirlik, eyni zamanda, Moskvanın təhdid və ultimatum dili ilə danışılmasına imkan verməyəcəyini qeyd edib. Rusiya tərəfi Niderland hakimiyyətindən müdafiə nazirinin sərt və məsuliyyətsiz ritorikası ilə bağlı rəsmi və birmənalı izahat gözlədiyini açıqlayıb.
NURİYYƏ













