"Kallasın qabağına xəritə qoysan, Gürcüstanı tapıb göstərə bilməz" - Kaladze

 18:19 12.10.2026     59

“Avropa İttifaqının (Aİ) bəyanatları ədalətsizlik və yalan üzərində qurulub”.

Redaktor.az xəbər verir ki, bunu Tbilisi meri və hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bu gün Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə ölkəsi ilə bağlı aparılan müzakirələri şərh edərkən deyib.

“Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallasın qarşısına xəritə qoysanız, Gürcüstanın harada yerləşdiyini göstərə bilməz. Baş verənlərə ölçülüb-biçilmiş şəkildə yanaşan və siyasi manipulyasiyalara əl atmayan istənilən normal insan Gürcüstanın əhəmiyyətini dərk edir. Bu halda əsas niyyətin nədən ibarət olduğunu başa düşürük: nəyin bahasına olur-olsun, hakimiyyətə öz agent şəbəkələrinin nümayəndələrini gətirmək, daha sonra isə ölkədən öz maraqları naminə istifadə etmək və onu öz istədiklərini etməyə məcbur etmək. Ukraynada baş verənlər də buna nümunədir”, - Kaladze bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən