Niderlandın müdafiə naziri Rusiyaya qarşı sanksiyaların saxlanılmasını tələb ETDİ
Niderlandın baş nazirinin birinci müavini və müdafiə naziri Dilan Yeşilgez-Zegerius Avropa ölkələrini və müttəfiqlərini Rusiya ilə ABŞ arasında bağlanan dizel yanacağı sazişindən sonra da Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamağa çağırıb.
Redaktor.az xəbər verir ki, nazir bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.
O bildirib ki, Avropada genişmiqyaslı müharibə davam edir və vəziyyətin yaxşılaşmasına dair heç bir əlamət görünmür. Buna görə də Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirli olmasını təmin etmək vacibdir.
Yeşilgez-Zegerius, həmçinin Avropa ölkələrinin Ukraynaya dəstək səylərini gücləndirəcəyini vəd edib. Onun sözlərinə görə, Avropanın ABŞ-nin münaqişəni həll etməsini gözləyərək kənarda dayanması tənbəllik və sadəlövhlük olardı.
NURİYYƏ













