Husilər Ər-Riyad hava limanına ballistik raketlə hücum etdiklərini AÇIQLADILAR

 23:47 12.10.2026     69

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə hücum etdiklərini bəyan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında məlumat yayıb.

Səriənin sözlərinə görə, hücum zamanı ballistik raketdən istifadə olunub və hədəfə dəqiq zərbə endirilib. O, həmçinin husilərə məxsus pilotsuz uçuş aparatının Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərindəki aviabazanı hədəf aldığını bildirib.

Qeyd edək ki, oktyabrın 10-da husilər Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına hücum etdiklərini açıqlayıblar. Məlumata görə, həmin hadisə nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Hərəkatın nümayəndəsi Yəhya Səriə hücumların davam etdiriləcəyini də bəyan edib.

Bölgədə gərginlik iyulun ortalarında, Yəmənin hökumətyönlü qüvvələrinin husilərin nümayəndə heyətini daşıyan İran təyyarəsinin Səna hava limanına enişi zamanı hava limanına hücum etməsindən sonra artıb. Husilər hadisəyə görə Səudiyyə Ərəbistanını ittiham edərək ona müharibə elan ediblər. Həmin vaxtdan tərəflər mütəmadi olaraq bir-birinə zərbələr endirirlər.

Xədicə BAXŞILI

Vumart və Güvən reklamı Vumart Güvən