Fransa Hind okeanında neft tankerini SAXLADI

 23:57 12.10.2026     125

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında neft tankerini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, DF Peak adlı gəmi saxta bayraq altında üzür və qanunsuz yanacaq daşınmasında iştirak edib.

Makron bildirib ki, beynəlxalq dəniz hüququna uyğun həyata keçirilən əməliyyat Fransanın qanunun aliliyinin təmin edilməsinə və bütün növ qanunsuz daşımalarla mübarizəyə qətiyyətini nümayiş etdirir.

Neft tankeri Hind okeanının cənub-qərbində yerləşən Reünyon adasından 450 dəniz mili cənubda saxlanılıb.

Qeyd edək ki, Emmanuel Makron iyunda da ölkənin Hərbi Dəniz Qüvvələrinin Siciliya sahillərində “Deliver” adlı neft tankerini saxladığını açıqlayıb. O, həmin əməliyyatın avropalıların Rusiyanın kölgə donanması ilə mübarizə aparmaq əzmini göstərdiyini vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən