"Olimpiya çempionu olacağına ümid edirik" - Peskov qızı barədə DANIŞDI

 10:33 13.10.2026     82

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qızı Nadejdanın olimpiya çempionu olacağına ümid etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Kremlin nümayəndəsi bu barədə "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.

“Əlbəttə, hamımız buna ümid etmək istərdik. Amma bu, çox çətindir. Minlərlə, hətta on minlərlə insan buna can atır, lakin yalnız bir neçəsi buna nail olur”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Nadejda Peskova buz üzərində rəqslərdə Andrey Çelekovla cütlükdə çıxış edir. Onlar Anjelika Krılovanın məşqçi qrupunda hazırlıq keçirlər. Cütlük bir qədər əvvəl Yevgeni Plyuşenkonun mükafatı uğrunda keçirilən turnirdə debüt edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən